469
Üzbəüz 17 sentyabr — 21:44

ABŞ Türkiyəni ondan silah almağa çağırdı

ABŞ Türkiyənin Rusiyadan “Su-35” və “Su-57” təyyarələri almaq planından xəbərdardır.

“Report” xəbər verir ki, bunu ABŞ Müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Con Rood deyib.

“Bununla bağlı xəbərləri izləyirəm. Əlbəttə, hazırlayıb bu ölkədə yerləşdirdiyimiz sistemlərimizlə fəxr edirik. Türkiyəli tərəfdaşlarımızı onları satın almağa çağırırıq... Lakin Türkiyə, təbii ki, suveren ölkədir, onlar qərarları özləri verirlər. Bununla belə, biz yenə də onlarla bu istiqamətdə əməkdaşlığa hazırıq”, - Pentaqon rəsmisi qeyd edib.

Xəbərlər