211
Üzbəüz 16 sentyabr — 18:40

Ankarada qapalı Putin-Ruhani danışıqları

Rusiya Federasiyası və İran prezidentləri - Vladimir Putin və Həsən Ruhani Rusiya, İran və Türkiyə prezidentlərinin iştirakı ilə Suriyadakı vəziyyətin nizamlanması üçün üçtərəfli sammitin başlayacağı Ankaradakı “Cankaya” Prezident kompleksində danışıqlara başlayıblar.

Virtualaz.org bildirir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya və İran prezidentlərinin görüşü mətbuata qapalı keçirilir.

Bundan əvvəl Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Ruhani ilə danışıqlar zamanı Suriyadakı vəziyyətlə yanaşı, ikitərəfli əməkdaşlığın bəzi məsələlərinə də toxunulacaq və təbii ki, İran nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı ətrafında mövcud vəziyyət müzakirə olunacaq.

Virtualaz.org

Xəbərlər