276
Üzbəüz 12 sentyabr — 13:56

Putin Dağıstana gəldi

Rusiya Prezidenti Vladimir Putin Dağıstana gəlib.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, onun təyyarəsi bir az əvvəl Mahaçqala hava limanına enib.

Rusiya dövlətinin başçısı Mahaçqala hava limanından Botlix şəhərinə yola düşəcək, orada 1999-cu ilin avqust-sentyabr aylarında gedən döyüşlər zamanı həlak olanların şərəfinə ucaldılmış abidənin önünə əklil qoyacaq və xalq milisinin üzvləri ilə ünsiyyət quracaq.

Bildirilir ki, Vladimir Putin Botlixi ilk dəfə 20 il əvvəl - 1999-cu ilin avqustunda, Rusiya hökumətinin başçısı vəzifəsində çalışarkən ziyarət etmişdi. Bu həmin postda onun ilk səfərlərindən biri idi.

Virtualaz.org

Xəbərlər