266
Üzbəüz 12 sentyabr — 11:05

Aprel müharibəsinin iştirakçılarını parlamentə çağırırlar

Ermənistanda 2016-cı il aprel döyüşləri zamanı baş verənləri araşdırmaq üçün bu ilin mayında qurulmuş parlament komissiyası həmin döyüşlərdə iştirak etmiş əsgər və zabitləri dindirməyə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanda nəşr olunan “Qraparak” (“Meydan”) qəzeti yazıb.

Bildirilir ki, ilk növbədə dindirməyə aprelin 2-də, yəni hərbi əməliyyatlar başlayan gün döyüş mövqelərində olan hərbçilər cəlb ediləcək. Məlumata görə artıq Müdafiə Nazirliyinin əməliyyat idarəsinin keçmiş rəis müavinləri dindirməyə çağırılıb.

Xatırladaq ki, aprel döyüşləri zamanı Azərbaycan ordusunun əks-həmlə edən bölmələri düşmənin uzun illərdir möhkəmləndirilmiş müdafiə xəttini iki istiqamətdə, cənub-şərq və şimal istiqamətlərində yarıb. Ordumuza düşmənin müdafiə xəttini darmadağın etməyə cəmi 40 dəqiqə vaxt lazım olub. Hücuma keçən bölmələr cənub istiqamətində Lələtəpə yüksəkliyini, şimal istiqamətində isə Talış yüksəkliklərini azad edib. Nəticədə minlərlə hektar ərazi düşmən işğalından azad edilib.

Döyüşlərin sonrakı günlərində düşmənin əks-hücum cəhdləri boşa çıxıb, aprelin 5-də tərəflər Rusiya rəhbərliyinin israrları nəticəsndə atəşkəsi bərpa etməyə razı olublar.

Lakin aprel döyüşlərində düşmənin aldığı zərbə Yerevanda siyasi böhran yaradıb və bu böhran sonradan hakimiyyət dəyişikliyinə aparan səbəblərdən biri idi.

Virtualaz.org

Xəbərlər