204
Üzbəüz 11 sentyabr — 11:08

Bakıya Rusiyadan qubernator gəlib

Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin rəhbərliyi ilə nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri başlayıb.

Virtualaz.org xəbər verir ki, qubernator səfərin necə keçdiyi barədə İnstagram-da yazıb.

“Sverdlovsk nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. Bizim sahibkarlar, regional və yerli dumaların nümayəndələri bu dost ölkə ilə əməkdaşlığın yeni sahələri və layihələri üzrə anlaşma əldə etməlidir. Azərbaycan bizim etibarlı tərəfdaşımızdır, lakin birgə layihələr üçün potensial daha çoxdur. İşləyəcəyəik”,-qubernator yazıb.

Sverdlovsk vilayətinin informasiya siyasəti departamentinin bildirdiyinə görə səfərin birinci günü qubernator Kuyvaşev Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikovla da görüşüb. Görüşdə Orta Ural regionu ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi müzakirə olunub.

“Xoşdur ki, siz Sverdlovsk vilayətinin nümayəndə heyətinin tərkibində gəlmisiniz. Bizim üçün Rusiyanı regionları ilə Azərbaycan arasında münasibətlər ikitərəfli iqtisadi münasibətlərin mühüm elementidir, çünki məhz regionla bu istiqamətin inkişafına əhəmiyyətli töhfə verirlər”,-səfir deyib.

Virtualaz.org

Xəbərlər