271
Üzbəüz 10 sentyabr — 22:10

Putin Dağıstana yeni prokuror təyin etdi

Rusiya Prezidenti Vladimir Putin Aleksey Yejovu prokuror vəzifəsinə təyin edib.

Virtualaz.org “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya Baş Prokurorluğunun saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, V. Putin Dağıstan Respublikasının prokuroru vəzifəsinə böyük ədliyyə müşaviri Aleksey Vladimiroviç Yejovu 5 illik müddətlə təyin edib.

Qeyd edilir ki, son vaxtlar Yejov Dağıstan prokurorunun müavini vəzifəsini icra edib.

Virtualaz.org

Xəbərlər