481
Üzbəüz 23 avqust — 18:12

İlham Əliyev Vladimir Zelenskini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskiyə təbrik məktubu göndərib.

Virtualaz.org-un məlumatına görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Ukrayna əlaqələri, ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın qarşılıqlı mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına sülh və firavanlıq diləyirəm".

Xəbərlər