390
Üzbəüz 21 avqust — 22:37

Ərdoğan Putinlə türk konvoyuna hücumu müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə İdlibdə türk hərbi konvoyuna hücumu müzakirə edəcək.

Virtualaz.org bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Xatırladaq ki, 2 gün öncə Suriya ordusu tərəfindən İdlib vilayətində türk hərbi konvoyuna edilən hücumda 3 nəfər mülki vətəndaş həlak olmuş, 12-si isə yaralanmışdı.

Onu da qeyd edək ki, Türkiyə Rusiya Federasiyası və İranla birlikdə 2011-ci ildən bəri silahlı qarşıdurmanın davam etdiyi Suriyada barışığın təminatçısıdır.

Xəbərlər