182
Üzbəüz 19 avqust — 11:37

Britaniyanın həbsdən buraxdığı İran gəmisi Hibraltarı tərk etdi

Böyük Britaniya tərəfindən həbs olunan, lakin məhkəmənin qərarına əsasən azad edilən İranın “Grase-1” gəmisi bu axşam Hibraltarı tərk edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İranın Böyük Britaniyadakı səfiri Həmid Bəninecad məlumat verib.

O bildirib ki, məhkəmə qərarı ilə 3 gün əvvəl azad edilən gəmi və ekipaj bu axşam Hibraltarı tərk edib.

Səfir nəzərə çatdırıb ki, gəminin adı dəyişdirilərək “Adrian Dara” qoyulub. ABŞ-ın gəminin həbsdə saxlanılması haqqında təkidli xahişinə baxmayaraq, məhkəmə beynəlxalq qanunlara əsasən qərar qəbul edib. Böyük Britaniya hökuməti də ABŞ-ın xahişinə əməl etməyib və gəmini həbsdə saxlamaqdan imtina edərək azadlığa buraxıb.

Xəbərlər