468
Üzbəüz 14 avqust — 18:39

Emin Ağalarov Bakıda dünya çempionatının açılışında oxuyacaq

Azərbaycanın xalq artisti, “Crocus Group”un vitse-prezidenti Emin Ağalarov Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya çempionatının açılış mərasimində çıxış edəcək.

Virtualaz.org bildirir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının rəsmi “Facebook” səhifəsi məlumat yayıb.

Qeyd edək ki, bədii gimnastika üzrə sayca 37-ci dünya çempionatı 16-22 sentyabrda baş tutacaq. Yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq.

Çempionatda 62 ölkə iştirak edəcək.

Xəbərlər