734
Üzbəüz 15 avqust — 01:58

UEFA Super Kubokunu "Liverpul" qazandı

Türkiyənin İstanbul şəhərində UEFA Super Kuboku keçirilib.

Virtualaz.org-un məlumatına görə, Super Kubokda İngiltərənin "Liverpul" və "Çelsi" klubları qarşılaşıblar.

Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə qeydə alınıb. Əlavə vaxtda klublar hərəsi daha bir qol vuraraq 2:2 hesabı ilə penaltilər seriyasına yollanıblar.

Penaltilər seriyasında "Liverpul" klubu 5:4 hesabı ilə rəqibindən güclü olub və Super Kuboku qazanıb.

 

**09:58 (14.08.2019)

Avqustun 14-də UEFA Super Kubokunun final görüşü keçiriləcək.

Virtualaz.org bildirir ki, Türkiyənin “Vodafone Park” stadionunda oynanılacaq görüşdə ötən mövsüm UEFA Çempionlar Liqasının qalibi “Liverpul”, UEFA Avropa Liqasını qalib kimi başa vurmuş “Çelsi” klubu ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, “Çelsi” 2018-2019-cu illər mövsümünün UEFA Avropa Liqasının Bakıda keçirilən finalında “Arsenal” klubunu məğlub etmişdi (4:1). “Liverpul” isə qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşündə “Tottenhem”dən üstün olub (2:0).

Daha bir maraqlı məqam.  Görüşü ilk dəfə qadın referi idarə edəcək. Fransalı Stefani Frappara həmyerlisi Manuela Nikolazi və irlandiyalı Mişel O Nil yan xətt hakimləri kimi yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını türkiyəli kişi referi Cüneyt Çakır yerinə yetirəcək.

Xəbərlər