Türkiyə, Rusiya və İran prezidentlərinin növbəti üçtərəfli görüşü sentyabrda Ankarada olacaq.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O vurğulayıb ki, görüşün Suriyanın konstitusiya komitəsinin yaradılması işlərinin yekunlaşması ilə sinxronizasiya halında baş verib-verməyəcəyindən danışmaq hələ tezdir.
D.Peskov görüş üçün hazırlıqların davam etdiyini deyib.