1334
Üzbəüz 13 avqust — 19:00

Qarabağlı “Rəşid Cambulski”yə qarşı “Putin qanunu” tətbiq edildi

Tatarıstanın Kazan şəhərində 53 yaşlı “vor zakon” Rəşid Xaçatryana (Cambulski) qarşı Rusiyada bu yaxınlarda prezident Vladimir Putinin təşəbbüsü ilə qəbul edilmiş və “vor zakon” statusu daşımağa görə cinayət məsuliyyətini nəzərdə tutan qanun tətbiq edilib. Virtualaz.org xəbər verir ki, bu haqda Tatarıstan Daxili İşlər Nazirliyi bildirir.

Xəbərə görə “Rəşid Cambulski” Tatarıstanın Çistopolks rayonunda kriminal nəzarətini təmin etmək üçün mütəşəkkil cinayətkar qruplaşma yaradıb. O, qruplaşmanın digər üzvləri ilə birlikdə biznesmenlərdən pul tələb edib alıb, pulların bir hissəsi şəxsən “Cambulski”yə çatıb. Dəstənin milyonlarla rubl ələ keçirdiyi bildirilir. “Rəşid Cambulski” və adamları SOBR xüsusi təyinatlılarının iştirakı ilə yaxalanıblar.

Kriminal avtoritetin polisdə dindirmə zamanı çəkilmiş videokadrları da yayımlanıb. Əməliyyatçılar tərəfindən sorğu-sual edilən “Rəşid Cambulski” deyir ki, 1966-ci ildə Qarabağda anadan olub. Əvvəllər dəfələrlə həbs edilib. Amma o, “vor zakon” statusu daşıyıb-daşımadığı haqda suala birmənalı cavab verməyib:

-“Vor zakon”san?

-Bilmirəm, nədən danışırsız. Nə qanun? Mən bütün ömrümü qanunsuzluqda yaşayıram.

-Axı “vor zakon” kriminal statusu daşıyırsan?

-Mən bilmirəm, belə status nə deməkdir. Mən Rusiya vətəndaşıyam və bu ölkdə yaşamaq haqqım var. Nəyim var, nəyim yoxdur, dövlət bilir. Buna görə həbsdə oturmuşam, indi isə üstəlik hesabat verəcəyəm. Bu günə qədər də məhkəmə işim davam edir...Hələ “sroku” başa vurmamışam, iki ilim qalır.

Virtualaz.org

Xəbərlər