2933
Üzbəüz 8 avqust — 22:17

Atambayev xüsusi təyinatlılara belə təslim oldu

Bu dəqiqələrdə Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin saxlanılması ilə bağlı keçirilən əməliyyat zamanı onun xüsusi təyinatlılara təslim olmasını əks etdirən video görüntülər yayılıb.

Virtualaz.org-un məlumatına görə, "Nastoyaşeye vremya" agentliyi tərəfindən yayılmış videoda görünür ki, təslim olmazdan əvvəl Atambaev xüsusi təyinatlı dəstənin rəisindən tələb edir ki, onun tərəfdarlarını vurmasınlar.

Atambayev yalnız buna zəmanət aldıqdan sonra təslim olmağa razı olur.

Bundan başqa, Qırğızıstanın sabiq prezidenti ondan çox odlu silah olan sursat anbarını təhlükəsizlik qüvvələrinə şəxsən təhvil verir.

*   *   *20:18

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev həbs edildikdən sonra ölkənin Daxili İşlər Nazirliyinin Baş İstintaq İdarəsinə aparılıb.

Virtualaz.org bildirir ki, bu barədə TASS agentliyi xəbər yayıb.

Eyni vaxtda isə Koy-Taş və Daş-Moinok kəndlərində Almazbek Atambayev tərəfdarları ilə polis əməkdaşları arasında qarşıdurmalar davam edir. Polis əməkdaşları xüsusi avadanlıq və səs qumgaralarından istifadə edir, rezin güllələrlə atəş açırlar. Keçmiş prezidentin tərəfdarları onları daşqalaq edirlər.

**17:28

Bu dəqiqələrdə "İnterfaks"ın müxbiri xəbər verib ki, Qırğızıstanın eks-prezidenti Almazbek Atambayev onun Koy-Taş kəndindəki iqamətgahına hücum edən güc strukturları əməkdaşlarına təslim olub. Keçmiş prezidenti iqamətgahdan çıxarıblar və naməlum istiqamətə aparıblar.

*   *   *17:14

Güc strukturlarının dəstələri Qırğızıstanda keçmiş prezident Almazbek Atambayevin iqamətgahının darvazasını vurub dağıdıblar və içəri keçiblər.

Virtualaz.org xəbər verir ki, onlar keçmiş prezidentin tərəfdarlarına qarşı gözyaşardıcı qaz və tüstü qumbarası tətbiq ediblər, içəridən atışma səsləri gəlir.

Bu arada Atambayevin tərəfdarları Koy-Taş kəndinə gedən yolda güc strukturlarının qurduğu kordonu yarıblar və iqamətgaha tərəf irəliləyirlər. Atambayevin qərargahından  bildiriblər ki, kordonu yararaq 500-dən çox adam keçib. Hazırda onlar Koy-Taş kəndinə tərəf irəliləyir.

*   *   *15:12

Az əvvəl Qırğızıstanın hüquq-mühafizə orqanları keçmiş prezident Almazbek Atambayevin Koy-Taş kəndindəki iqamətgahına üçüncü dəfə hücuma keçiblər. Bu barədə TASS siyasətçinin qərargahına istinadən bildirir.

“Atəş səsləri eşidilir, səs və işıq qumbaraları atılır”,-qərargahdan deyiblər.

Atambayevin tərəfdarlarının bildirdiyinə görə, əməliyyatda 200-dən çox milis əməkdaşı iştirak edir. Habelə kəndə tərəf beş avobus, üç “KamAZ” və iki mikroavtobusla dolu milis irəliləyir. Atambayev hələ də öz iqamətgahındadır, onu bir qrup tərəfdarı qoruyur.

Baş verənlər fonunda Atambayev tərəfdarlarının Bişkekdə nəzərdə tutulan mitinqini ləğv edib, hamını Koy-Taşa çağırıb.

Digər məlumata görə Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri Orozbek Opumbayev sabiq prezident Almazbek Atambayevi saxlayıb istintaqa təhvil vermək üçün ötən gün keçirilən əməliyyatın nəticəsiz qalması ilə əlaqədar istefa vermək niyyətini açıqlayıb.

Parlamentin növbədənkənar sessiyasındakı nitqi zamanı komitə rəhbəri baş verənlərdə onun da nöqsanı olduğunu düşündüyünü, artıq bu barədə Prezident Sorunbay Jeenbekovla söhbət etdiyini deyib.

Lakin parlament qarşısında çıxış edən dövlət başçısı bu istefanı qəbul etmədiyini açıqlayıb. Ölkə prezidenti qərarını belə əsaslandırıb: “Belə bir çətin məqamda çıxıb getmək ən asan yoldur. Vəziyyət sabitləşəndən sonra güc qurumlarının baş verənlərdə məsuliyyəti məsələsinə qayıdarıq”.

Son məlumata görə Atambayevin tərəfdarları dünən girov götürülmüş xüsusi təyinatlıları azad ediblər.

Virtualaz.org

Xəbərlər