1988
Üzbəüz 8 avqust — 00:13

Keçmiş prezidentin iqamətgahına ikinci hücum hazırlanır

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin Koy-Taşdakı iqamətgahı təhlükəsizlik qüvvələri tərəfindən blokadaya alınıb. Güman ki, gecə xüsusi təyinatlılar hücumu təkrarlayacaq və ölkənin keçmiş rəhbərini həbs etməyə çalışacaqlar.

Bunu Bişkekdən virtualaz.org-a açıqlamasında qırğız politoloqu, jurnalist İqor Şestakov deyib.

Onun sözlərinə görə, Atambayev iqamətgahdakı xüsusi zirehli otağa sığınıb və onu götürmək asan olmayacaq. Bir yaralı xüsusi təyinatlı zabit haqqında məlumat təsdiqlənsə də, təsdiqlənməmiş məlumatlara görə bir nəfər öldürülüb. Atambayevin tərəfdarları ilə toqquşmada daha bir neçə xüsusi təyinatlı yaralanıb.

Keçmiş prezidentə yaxın mediada yayılan məlumatlara görə, Atambayevin iqamətgahının ətrafına 2000-ə qədər tərəfdar toplaşıb. Ola bilsin, bu rəqəm şişirdilib, lakin ən azı 300-400 nəfər adam həqiqətən də var.

Şestakovun sözlərinə görə, Atambayevin həbsi barədə qərar qızıl mədənindəki işçilərin Çin mədən şirkəti Zhong Ji Mininq işçilərini qovduğu drağagünkü iğtişaşlarla əlaqəli ola bilər. Məsələ ondadır ki, çinlilərə qarşı üsyan edənlər avqustun 7-də Bişkək istilik elektrik stansiyasının modernləşdirilməsi zamanı korrupsiya hadisəsinə görə həbs olunan keçmiş baş nazir, Atambayevin “sağ əli” Sapar İsakovun sərbəst buraxılması tələbini irəli sürüblər.

Güman ki, hakimiyyətdəkilər hansısa bir inqilabi ssenarinin hazırlanması ehtimalı barədə məlumat aldılar. Atambayev əvvəllər iki inqilab edib və təbii ki, belə bir adam əllərini yanına salıb qollarına nə vaxt qandal vurulacağını gözləməyəcək…

*   *   *21:11

Qırğızıstanın eks-prezidenti Almazbek Atambayevin xüsusi təyinatlıların bu gün başlatdığı əməliyyat zamanı saxlanıldığı təsdiqlənməyib. RİA Novosti bildirir ki, keçmiş prezident evindədir və müqavimət göstərir, atəş səsləri eşidilir.Atambayevin 300-ə yaxın tərəfdarı onun evinə girməyə çalışır. Keçmiş prezidentin tərəfdarları ilə xüsusi təyinatlılar arasında qarşıdurma yaranıb. Onlardan bəziləri xüsusi təyinatlılarrı döyməyə çalışır, bir neçə xüsusi təyinatlı Atambayevin tərəfdarları tərəfindən tutulub.

Atışma zamanı bir xüsusi təyinatlı və Atambayevin bir neçə tərəfdarı yaralanıb. Bir nəfərin öldüyü bildirilir. Koy-Taş iqamətgahına əlavə qüvvələr göndərilir, evə hücumun olacağı istisna deyil. İqamətgahın üstündə vertolyotlar dövrə vurur.

Atambayev korrupsiyada və vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır, o bütün ittihamları rədd edir və təslim olmayacağını bildirib.

*   *   *20:26

Qırğızıstanın sabiq prezident Almazbek Atambayevin həbs olunması üçün əməliyyat keçirilib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, xüsusi təyinatlılar sabiq prezidentin Bişkek şəhəri yaxınlığında yerləşən iqamətgahına daxil olmağa çalışıblar. Atambayevin tərəfdarları buna qarşı çıxıblar. Nəticədə qarşıdurma yaşanıb. İqamətgaha gedən bütün yollar bağlanıb. Ərazi nəzarətə götürülüb.

Xüsusi təyinatlılar rezin güllələrdən və səs qumbaralarından istifadə ediblər, evin üzərində helikopterlər peyda olub. Əməliyyat zamanı bir neçə nəfərin yaralandığı deyilir. Yaralılardan birinin jurnalist olduğu bildirilir.

...Son məlumatlara görə, Atambayev artıq saxlanılıb. Xüsusi təyinatlılar onu yaşadığı evdən çıxararaq naməlum istiqamətdə aparıblar.

Xəbərlər