127
Üzbəüz 20 iyul — 17:27

Mövlud Çavuşoğlu amerikalı həmkarı ilə telefonla danışıb

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.

Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, tərəflər Rusiyanın S-400 zenit-raket komplekslərinin tədarükü ətrafında yaranmış vəziyyət, Amerikanın beşinci nəsil F-35 qırıcı təyyarələri, Suriyanın Manbic və İdlib bölgələrində mövcud durum, habelə bu ölkədə təhlükəsizlik zonasının yaradılması məsələlərini müzakirə ediblər.

Bu telefon danışığı Rusiyadan S-400 zenit-raket komplekslərinin hissələrinin Türkiyəyə tədarükünün başlanması, Vaşinqtonun Ankaranın F-35-lərin istehsalı proqramından çıxarılması haqqında bəyanatı, həmçinin Prezident Donald Trampın bu ölkəyə qarşı birtərəfli qaydada sanksiyaların tətbiqi imkanlarının öyrənilməsi barədə məlumatdan sonra iki ölkənin xarici siyasət idarələrinin rəhbərlərinin ilk təmasıdır.

Xəbərlər