319
Üzbəüz 20 iyul — 01:06

"Grand Prix 2019": Şəhriyar Məmmədyarov finala çıxdı

Riqada FIDE və "World Chess" şirkətinin birgə təşkil etdiyi "Grand Prix 2019" seriyasının ikinci mərhələsinin yarımfinal oyunları başa çatıb.

Virtualaz.org bildirir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinal çərçivəsində keçirilən hər iki partiyada amerikalı Uesli Sonu məğlub edərək finala vəsiqə qazanıb.

Yeri gəlmişkən, təmsilçimiz 1/8 finalda rusiyalı Daniel Dubova, 1/4 finalda isə polşalı Kriştov Dudaya qalib gəlib.

Qeyd edək ki, pley-off sistemi üzrə keçirilən Qran-Pri yarışında göstərilən nəticələrə görə, şahmatçılar xal qazanacaqlar. Sonda yığılan xallara görə, ilk iki yeri tutmuş şahmatçılar iddiaçılar turnirinə vəsiqə əldə edəcəklər.

Xəbərlər