250
Üzbəüz 19 iyul — 20:28

Merkel jurnalistlərlə saat yarım söhbətləşdi və...

Almaniya Kansleri Angela Merkel cümə günü böyük yay mətbuat konfransında çıxış edib, jurnalistlərlə ünsiyyət düz saat yarım davam edib.

Aznews.az xəbər verir ki, tədbir yerli vaxtla saat 10.30-da başlayıb və 12.00-da başa çatıb.

Kansler onlarla suallara cavab verib. Jurnalistləri həm sırf daxili siyasi mövzular, qlobal məsələlər, həm də kanslerin şəxsi vəziyyəti maraqlandırıb.

İyulun 17-də Kansler 65 illiyini qeyd etdi. Son zamanlar onun səhhəti narahatlıq doğurur – iyun ayında Merkel bir neçə ictimai qınağa məruz qalıb, qonşu dövlətin yüksək rütbəli liderinin AFR-ə son səfəri zamanı Kansler Almaniyanın tarixində ilk dəfə olaraq dövlət himnini stulda oturaraq dinləyib.

Merkel mətbuat konfransında da oturub, lakin Kansler gümrah olduğunu aşıq göstərib  və dəfələrlə zarafat edib. Mətbuat üçün Kanslerin sağlamlıq mövzusunun aktuallığına baxmayaraq, jurnalistlər onun səhhəti ilə heç də dərhal maraqlanmayıblar, müvafiq suallar veriləndə isə Kansler cavab verib ki, hökumət başçısı kimi öz səhhətinə olan marağı anlayır, amma əlavə edib ki, o, ölkəni idarə etmək iqtidarındadır.

"2021 - ci ildə siyasi işimi bitirəcəyəm, amma ümid edirəm ki, gələcəkdə sağlam həyat yaşayacam", - deyə Merkel bildirib.

Kanslerin sağlamlığı ilə bağlı birbaşa sual yalnız mətbuat konfransının ortasında səsləndirilib.

"Yaxşı, çox maraqlı sualdır", - deyə Merkel jurnalistlərə gülümsəməklə cavab verib.

Mətbuat konfransının böyük hissəsi Merkel hökumətinin ətraf mühitin qorunması və iqlim dəyişikliyinə, iqtisadi siyasətə, XDİ/XSİ blokunun və sosial-demokratlar blokunun gələcək böyük koalisiyasına, Avropa Komissiyasının yeni rəhbəri Ursula fon der Lyayen və AFR – in Müdafiə Naziri Anneqret Kramp-Karrenbauerin yürüdəcəyi siyasətə ayrılıb.

Sonuncu sual ABŞ prezidenti Donald Trampın Demokrat qadınların ünvanına səsləndirdiyi qalmaqal doğuran bəyanat barədə olub.

Kansler amerikalı qadın siyasətçilərlə həmrəy olduğunu bildirib. Bundan sonra o, ayağa qalxıb və mətbuat konfransını tərk edib.

 

 

Xəbərlər