374
Üzbəüz 13 iyun — 10:41

Müdafiə Nazirliyi düşmənin cəbhədə minomyotları işə saldığını təsdiqləyən fotolar yaydı

Ötən gün Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəsi pozarkən 60 millimetrlik minaatanlardan da istifadə etdiyini açıqlamışdı. Bu, düşmən qüvvələrinin atəşkəsə əməl edilməsinə dair iki ölkə rəhbərlərinin Düşənbə razılaşmasını daha kobud formada pozmağa başladığını təsdiq edirdi. Lakin erməni tərəfi iddia etdi ki, minaatanlardan istifadə barədə deyilənlər yalandır.

Nəticədə bu gün Azərbaycan Müdafiə Nazirliyi düşmənin təmas xəttində minaatanları işə saldığını təsdiq edən fotoları yayıb. Nazirliyin mətbuat xidməti bildirir: "Düşmən qoşunların təmas xəttində növbəti dəfə vəziyyəti gərginləşdirmək məqsədi ilə törətdiyi təxribatları ört-basdır etmək üçün özünəməxsus şəkildə yalan və iftiralarla dolu bəyanatla çıxış edərək faktı təkzib etməyə cəhd göstərib. Düşmən tərəfindən bölmələrimizin minaatanlardan atəşə tutulması faktını təsdiq edən foto materialları KİV-ə təqdim edir".

Virtualaz.org

Xəbərlər