2382
Üzbəüz 12 iyun — 22:52

Naxçıvanda yer yerindən oynadı, düşmənin başına od ələndi

Naxçıvan Televiziyası və Türkiyənin Milli Müdafiə Nazirliyi muxtar respublikada iyunun 7-dən 11-nədək davam edən "Sarsılmaz qardaşlıq-2019" Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən videoxülasə yayıblar.

Kadrlara əsasən, təlimlərə cəlb edilmiş qüvvələr şərti düşmənin həmləsini dəf edərək onu sürətli əks-hücumla darmadağın edirlər. Qurudan və havadan müxtəlif silah sistemlərindən istifadə olunmaqla güclü zərbələr endirən müttəfiq qüvvələrin təlimləri real döyüş şəraitinə maksimal yaxınlaşdırılmış şərtlərdə keçib.

Ermənistan hərbi-siyasi dairələri bu təlimlərlə bağlı təşviş keçirərkən tamamilə haqlı idilər.

Virtualaz.org

Xəbərlər