384
Üzbəüz 12 iyun — 18:18

Yaponiyanın Baş naziri İrandadır

Yaponiyanın Baş naziri Şinzo Abe Tehrana gəlib.

Virtualaz.org bildirir ki, İran Dövlət Televiziyası qarşılanma məraimini canlı yayımlayıb. Abeni Tehrandakı hava limanında İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif qarşılayıb.

Baş nazir aeroportdan İran Prezidenti Həsən Ruhani ilə görüşə yollanıb.

Onun səfərinin iki gün davam edəcəyi bildirilib.

Abe səfər öncəsi açıqlamasında İrana səfərinin regional gərginliyin azaldılmasına hesablandığını açıqlamışdı. Abe Yaxın Şərqdə hökm sürən vəziyyətdən ciddi narahatlıq keçirdiyini söyləmişdi.

“Mən burada sülhün yaradılmasın üçün mümkün olduğu qədər daha vacib rol oynamaq istəyirəm", - Baş nazir bildirmişdi.

Qeyd edək ki, bu, son 41 ildə İrana gələn ilk Yaponiya Baş naziridir. Bundan öncə bu ölkəyə 1978-ci ildə Yaponiya Baş naziri Takeo Fukuda səfər edib. Onun səfəri şahın hakimiyyətdə olduğu zamana təsadüf edib.

*   *   *15:52

Yaponiyanın Baş naziri Sindzo Abenin son 41 ildə ilk dəfə İrana səfərinin əsl məqsədi İslam Respublikasının ali rəhbəri ayətullah Əli Xameneini iyun ayında Osaka şəhərində keçiriləcək "Böyük iyirmilik" (G20) sammitinə gətirmək və onun ABŞ Prezidenti Donald Tramp ilə danışıqlarını təşkil etməkdir. Bu barədə RİA "Novosti"yə vəziyyətlə tanış olan mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, bu görüş baş tutarsa, ən əhəmiyyətli siyasi hadisə olacaq.

O qeyd edib ki, son 41 il ərzində ilk dəfə baş tutan səfərin belə tələsik hazırlanması da məhz bununla bağlıdır.

Yaponiya Baş naziri Sindzo Abenin İrana səfəri iyunun 12-dən14-dək davam edəcək. Tehrana gəldikdən sonra baş nazir ölkə Prezidenti Həsən Ruhani, cümə axşamı isə Əli Xamenei ilə görüş keçirəcək.

Xəbərlər