252
Üzbəüz 23 may — 20:47

Rusiyanın Suriyadakı aviabazasına 4 raket atıldı

Rusiyanın müdafiə sistemləri Suriyanın Latakiya bölgəsində yerləşən “Hmeymim” aviabazasına daha bir terror hücumunun qarşısını alıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Qeyd olunur ki, aviabazaya 4 raket buraxılıb və onların hamısı məhv edilib.

Həmçinin raketlərin atışını həyata keçirmək üçün terrorçuların istifadə etdiyi qurğu da hava zərbəsi ilə məhv edilib.

Ekspertlər xatırladırlar ki, son vaxtlar terrorçuların “Hmeymim”ə hücumları artıb.

Xəbərlər