519
Üzbəüz 22 may — 17:21

Rada Zelenskinin təklifinə baxmaqdan imtina etdi

Ukrayna Radası Prezident Vladimir Zelenskinin təklif etdiyi Seçki qanunu layihəsini gündəmə çıxarmaqdan imtina edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Zelenskinin təklifinin dəstəklənməsi üçün keçirilən səsvermədə təklifin lehinə 92 deputat səs verib. Təklifin gündəmə gəlməsi üçün nəzərdə tutulan 226 səsin toplanmaması ucbatından qanun layihəsi müzakirəyə çıxarılmayıb.

Bundan sonra Radanın sədri Andrey Parubiy parlamentin növbədənkənar iclasını qapadıb.

Qeyd edək ki, Zelenskinin təklifinə əsasən, ölkədə majoritar sistem ləğv edilməli, partiyaların Radaya düşməsi üçün baryer 5%-dən 3%-ə endirilməli idi.

Xəbərlər