240
Üzbəüz 15 may — 21:48

İraq İranla ABŞ arasında vasitəçilik edə bilər

İraq İranla ABŞ arasında böhranı aradan qaldırmaq üçün vasitəçilik etməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl Səhəf bildirib.

“İraq tərəfdaşlarına hörmət edir və onlar arasında vasitəçiliyə hazırdır. Vəziyyəti yoluna qoymaq üçün İraqdan əlaqələndirmə və qarşılıqlı fəaliyyətə töhfə vermək tələb olunarsa, İraq qonşularına, dostlarına, tərəfdaşlarına dəstək olmaq üçün bütün imkanlardan istifadə edər”, - deyən İraqın XİN rəsmisi müsbət tərəfsizlik mövqeyində olduqlarını qeyd edib.

“Tərəfsizlik heç də regionda baş verənlərə dair mövqesizlik deyil. Bununla biz milli maraqlarımızı rəhbər tuturuq”, - deyən iraqlı diplomat bütün tərəfləri izləyərək region ölkələrinin mənafeyinə uyğun gələn tarazlı həll variantı tapmaq üçün təmaslar qurduqlarını diqqətə çatdırıb.

Xəbərlər