958
Üzbəüz 26 aprel — 12:15

Serk Sarkisyanın qızı işdən çıxarıldı

Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın kiçik qızı Satenik Sarkisyan Səhiyyə Nazirliyində tutduğu vəzifədən azad edilib. 

“Sputnik Ermənistan” xəbər verir ki, Satenik Sarkisyan 2016-cı ildə üçüncü övladını dünyaya gətirib və analıq məzuniyyətinə çıxıb. Bu günlərdə onun məzuniyyət müddəti başa çatıb.

Səhiyyə Nazirliyi gələcək fəaliyyəti ilə bağlı Satenik Sarkisyana müraciət edib. Satenik isə onlara cavab olaraq işdən azad edilməsi barədə ərizə göndərib.

Ermənistanın Səhiyyə naziri Arsen Torosyan onun ərizəsini qəbul edib və sabiq prezidentin qızının işdən çıxarılması barədə əmr imzalayıb.  

Qeyd edək ki, Serj Sarkisyanın Anuş və Satenik Sarqsyan adlı iki qızı var. 

Xəbərlər