673
Üzbəüz 25 aprel — 16:26

Kim Çen In Putinə qılınc bağışladı

Şimali Koreya lideri Kim Çen In Vladivostokdakı görüşdən sonra Rusiya Prezidenti Vladimir Putinə qılınc hədiyyə edib.

Russian.rt.com portalının məlumatına görə, Kim Çen hədiyyənin təqdimetmə mərasimində Putini dəstəklədiyini bildirib.

“Bu hədiyyəni mən Sizin üçün hazırlamışam. Qılınc gücün təcəssümüdür. Bu, onu göstərir ki, mənim qəlbim və xalqımızın qəlbi Sizi dəstəkləyir”, - o əlavə edib.

Putin KXDR liderinə təşəkkürünü bildirib və əvəzində ona sikkə hədiyyə edib, çünki rus ənənələrinə görə, bıçaq hədiyyə etmək pis əlamətdir.

Xəbərlər