480
Üzbəüz 23 aprel — 17:20

İranın Xarici işlər naziri ABŞ-a getdi

İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif aprelin 23-də ABŞ-a səfərə gedib.

“Report” xəbər verir ki, o, Nyu-Yorkda BMT Baş Assambleyasının təşkil etdiyi “Beynəlxalq çoxtərəflilik və sülh üçün diplomatiya günü” adlı konfransa qatılacaq.

M.Zərifin Nyu-Yorkda bəzi müstəqil analtik mərkəzlərdə görüşlər keçirməsi də nəzərdə tutulub.

Qeyd edək ki, konfrans aprelin 24-də Nyu-Yorkda keçiriləcək.

Xəbərlər