288
Üzbəüz 15 aprel — 14:43

Ermənistan prezidenti Paşinyanın qovduğu qadını özünə köməkçi götürdü

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın anası Marqartita Azaryan ölkə prezidenti Armen Sarkisyanın köməkçisi təyin edilib.

Bunu Ermənistan prezidentinin mətbuat katibi bildlrib.

“Report” xatırladır ki, M.Azaryan bundan əvvəl Ermənistan hökumətinin Kadrlar idarəsinin rəisi vəzifəsində işləyib. Bir müddət əvvəl baş nazir Nikol Paşinyan işinin öhdəsindən gələ bilmədiyi üçün onu vəzifəsindən azad edib.

Xəbərlər