158
Üzbəüz 14 mart — 16:00

Moskvada MDB ölkələri arasında təhlükəsizlik məsələləri müzakirə olundu

Martın 14-də Moskva şəhərində Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi Valeri Gerasimovun sədrliyi ilə MDB ölkələri Silahlı Qüvvələrin Gərargah Rəisləri Komitəsinin iclası başlayıb.

“Report” bildirir ki, MDB ölkələrinin təhlükəsizliyinə təhdidlərin, beynəlxalq terrorçuluğa qarşı mübarizə məsələlərinin müzakirə olunduğu iclasda Rusiyanın Baş Qərargah rəisi V.Gerasimov çıxışında hərbi əməkdaşlıq çərçivəsində hava müdafiəsi, dronlardan istifadə, mühəndislik təminatı, kadr hazırlığı kimi sahələrdə nailiyyətlər əldə etdiklərini bildirib.

İclasda iştirakçı ölkələr arasında 2025-ci ilədək hərbi əməkdaşlığın inkişafına dair konsepsiyanın müddəaları, pilotsuz aviasiyanın tətbiqi və belə vasitələrə qarşı tədbirlərlə bağlı əməkdaşlığın əsas istiqamətləri təsdiq olunub.

Həmçinin 2020-ci il üçün müştərək tədbirlər planı razılaşdırılıb.

Tədbirə Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Rusiya Federasiyası, Özbəkistan, Tacikistan və Azərbaycan təmsilçiləri qatılıblar.

Virtualaz.org xatırladır ki, iclasda Azərbaycanı müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov təmsil edib.

Xəbərlər