179
Üzbəüz 12 fevral — 14:12

Nardaran hadisələri məhbusları aclıq aksiyası keçirmirlər

Nardaran hadisələrinə görə məhkum olunmuş bir qrup məhbusun aclıq aksiyası keçirməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil. Virtualaz.org xəbər verir ki, bunu Penitensiar Xidmətin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, daha öncə bir sıra KİV-lər “Müsəlman birliyi” hərəkatının lideri Tale Bağırzadə və Nardaran hadisələri üzrə bir neçə məhkum həbsxanada aclıq aksiyası keçirir.

2015-ci ilin noyabr ayının sonlarında DİN Bakıdan 25 kilometr məsafədə yerləşən Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. “Müsəlman birliyi” hərəkatının lideri Tale Bağırzadə də daxil olmaqla bir qrup təqsirləndirilən hakimiyyəti zorla ələ keçirməyə və dövlət quruluşunun dəyişdirilməsinə cəhd ittihamı üzrə uzunmüddətli həbs cəzasına məhkum olunublar.

Xəbərlər