281
Üzbəüz 12 fevral — 01:34

İsrail tankları Suriyada bu dəfə xəstəxananı məhv etdi

Suriyanın Kuneytra vilayətinin xəstəxanası İsrail tanklarının açdığı atəş nəticəsində məhv edilib.

Bunu ölkənin dövlət telekanalı bildirib. Qeyd olunur ki, hücuma həmçinin digər obyektlər də məruz qalıb.

"Hücumun məqsədi Kuneytra xəstəxanası olub, o, bir neçə tank mərmiləri ilə məhv edilib. Hücuma həmçinin Cubata əl-Haşab rəsədxanası da məruz qalıb", - deyə İhbariyyə telekanalı bildirib.

Trend-in məlumatına görə, vilayətin qubernatoru Hamma Dbayat bildirib ki, İsrail tankları Kuneytra istiqamətində 5 mərmi buraxıb və onların hamısı Cubata əl-Haşab meşələri ərazisinə düşüb.

 

Xəbərlər