342
Üzbəüz 11 yanvar — 21:06

Türkiyə Suriya ilə sərhədə xüsusi qüvvələr yeritdi

Türkiyə Suriya ilə sərhəd zonasına xüsusi təyinatlılar göndərib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, xüsusi təyinatlılar Suriyanın İdlib əyaləti ilə həmsərhəd bölgədə yerləşən ordu qruplaşmasını gücləndirəcəklər.

Qeyd edək ki, bu ərazidə müxalif qüvvələr və terror qruplaşmaları fəaliyyət göstərir. 

Ankara bu qərarı Türkiyənin dəstəklədiyi Suriya müxalifəti ilə “Həyat Təhrir əş-Şam” qruplaşmasının terrorçuları arasında baş vermiş toqquşmalardan sonra qəbul edib.

Xəbərlər