242
Üzbəüz 11 yanvar — 16:25

Ermənistan parlamentinin eks-spikeri siyasətdən gedir

Ermənistan parlamentinin 6-cı çağırış heyətinin sədri olmuş Ara Babloyan siyasətdən gedərək ixtisası olan tibblə məşğul olmaq qərarına gəlib.

“Sputnik Ermənistan” yazır ki, sabiq spiker səhiyyə sahəsində əvvəllər həyata keçirə bilmədiyi proqramları icra edəcəyini jurnalistlərə bildirib.

“Bu sahədə əlimdən gələni etmişəm və artıq daha çox fayda verəcəyim sahəyə keçirəm. Cərrahlığı danışmaqdan yaxşı bacarıram”, - sabiq parlament sədri qeyd edib.

Xəbərlər