188
Üzbəüz 11 yanvar — 13:12

Türkiyənin müdafiə naziri Suriya sərhədinə getdi

 ürkiyənin milli müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Güler və Quru Qoşunları Komandiri Ümit Dündar Suriya sərhədinə gediblər.

Generallar Suriya sərhədində yerləşən qoşun birliklərində yoxlamalar keçiriblər.

Şanlıurfa valisi Abdullah Erin ilə görüşən Akar və qoşun komandirləri yoxlanışdan sonra şəhərdən ayrılacaqlar.

Aznews.az bildirir ki, müdafiə naziri Hulusi Akar səfəri haqda açıqlama verib: “Qarşımızda Menbiç, Fəratın şərqi var. Bununla bağlı lazım olan planlar hazırlandı. Hazırlıqlarımız davam edir”.

“Yeri və zamanı gələndə əvvəlki əməliyyatlara bənzər şəkildə buradakı terroristlər də qazdıqları çuxurlara basdırılacaqlar. Tək hədəfimiz terrorçulardır. Ət və dırnaq kimi olduğumuz kürd qardaşlarımzla heç bir problemimizin olmadığını ağlı olan hamı bilir”,-deyə Akar vurğulayıb.

Xəbərlər