324
Üzbəüz 10 yanvar — 18:52

Ermənistanda keçmiş müdafiə nazirinə qarşı ittiham irəli sürüldü

Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyana qarşı 1 mart işi çərçivəsində ittiham irəli sürülüb. Virtualaz.org xəbər verir ki, bu barədə “Haykakan jamanak” qəzeti məlumat yayıb.

Nəşr bildirir ki, 2008-ci ilin 1-2 mart hadisələri zamanı Ohanyan SQ-nin Baş Qərargahının rəisi olub və konstitusiya quruluşunun devrilməsində ittiham edilir.

Analoji ittiham daha öncə ikinci prezident Robert Koçaryana, keçmiş müdafiə naziri Mikael Arutyunyana və KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturova qarşı irəli sürülmüşdü.

İstintaqı aparan xüsusi istintaq xidməti qəzetin məlumatını şərh etməyib. Ohanyan özü də şərh verməkdən imtina edib. Qəzetin əməkdaşı ilə söhbətində o, suala cavab vermək istəmədiyini bildirərək, hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb.

Xəbərlər