649
Üzbəüz 7 dekabr — 16:42

Ermənistanda Köçəryanı yenidən həbs etmək qərarına gəldilər

Ermənistan Apellyasiya Məhkəməsi ölkənin eks-prezidenti Robert Köçəryanın həbs edilməsi barədə qərar verib. Virtualaz.org xəbər verir ki, bunu keçmiş prezidentin vəkili deyib.

Xatırladaq ki. iyulun 26-da Ermənistanın Xüsusi istintaq xidməti Köçəryana qarşı 2008-ci ilin mart ayının 1-də etiraz aksiyasının dağıdılması ilə bağlı cinayət işi çərçivəsində konstitusion quruluşun devrilməsi ittihamı irəli sürüb. Bir gündən sonra o, iki ay müddətinə həbs edilib.

İki həftədən də çox zaman keçdikdən sonra Apellyasiya məhkəməsi eks-prezidenti azadlığa buraxıb. Məhkəmə qərara alıb ki, Robert Köçəryan toxunulmaz şəxsdir.

Köçəryanın özü ittihamları saxtalaşdırılmış siyasi izlənmə hesab edir. Eks-prezidentin fikrincə, bunun səbəbi onun ölkədə baş verən siyasi proseslərdə iştirakdan uzaqlaşdırılmasıdır.

Xəbərlər