596
Üzbəüz 7 dekabr — 11:56

Ukraynalı deputatlar canlı efirdə dalaşdılar

Ukrayna telekanalında yayımlanan “Rada” verilişində Ali Radanın deputatları dalaşıb.

Lenta.ru xəbər verir ki, verilişin videosu “YouTube”da yayımlanıb.

İnsident “Pyotr Poroşenko” fraksiyasının deputatı Oleq Barna ilə müstəqil deputat Yuri Levçenko arasında baş verib.

Mübahisə Barnanın Donbas əməliyyatlarında iştirak etməyən deputatların ölkənin büdcəsi və hərbi vəziyyət haqqında danışmasının qadağan edilməsi ilə bağlı bəyanatından sonra başlayıb.

Levçenko öz növbəsində həmkarını təhqir edib. Bundan sonra dava düşüb.

Xəbərlər