494
Üzbəüz 6 dekabr — 16:28

Ukrayna Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəklədi

"Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində dinc yolla həllini dəstəkləyir".

“Report” xəbər verir ki, bunu ATƏT Xarici İşlər Nazirləri Şurasının Milandakı illik iclasında Ukraynanın xarici işlər naziri Pavlo Klimkin deyib.

“Gürcüstan, Azərbaycan, Moldova ərazilərindəki münaqişələrin bu ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində tam və dinc yolla həlli ümumi amalımız olmalıdır”, – nazir vurğulayıb.

Ukraynanın XİN rəhbəri, həmçinin, region ölkələrinin təhlükəsizliyini təmin etməkdə ATƏT-in mühüm platforma olaraq qaldığını diqqətə çatdırıb.

Xəbərlər