1391
Üzbəüz 10 avqust — 00:45

Ermənistanda jurnalistlər hökumətin iclaslarına buraxılmayacaq

Ermənistanda hökumətin iclas zalı yenidən jurnalistlərin üzünə bağlanacaq.

“Sputnik” xəbər verir ki, bunu avqustun 9-da Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeqoyan bildirib.

O, hökumətin bu məsələdə əvvəlki rejimə qayıtmasını təhlükəsizliklə əlaqələndirib, jurnalistlərdən müsahibəni başqa yerlərdə götürməyi xahiş edib.

Qeyd edək ki, Karen Karapetyan baş nazir olanda jurnalistlər hökumətin mətbuat mərkəzində işləyir və Nazirlər Kabinetinin iclasını birbaşa izləyirdilər. Serj Sarkisyan baş nazir olandan sonra bu rejim ləğv edilib və hökumətin iclasları bağlı qapılar arxasında keçirilib. Nikol Paşinyan baş nazir olandan sonra isə Nazirlər Kabinetinin toplantıları yenidən jurnalistlər üçün açıq keçirilməyə başlandı.

Xəbərlər