1201
Rəylər 4 Sentyabr 2016, 10:45

İslamçıların lideri karserə salındı

Həbsdə olan İslam Partiyasının lideri Mövsüm Səmədov cərimə kamerasına (karserə) salınıb.

Virtualaz.org-un məlumatına görə, bunu jurnalistlərə M.Səmədovun vəkili Yalçın İmanov deyib.

M.Səmədov kamerasında müddətsiz aclıq aksiyası keçirirdi. Məhbus azad olunmasını tələb edir. Həbsxana müdiriyyəti bir neçə dəfə məhkumdan aclığı dayandırmasını və Penitensiar Xidmətin daxili qaydalarına riayət etməsini tələb edib. M.Səmədov imtina edəndən sonra cərimə kamerasına salınıb.

Vəkilin sözlərinə görə, o, bu səbəbdən müvəkkili ilə görüşə bilməyib.

Xəbərlər