764
Rəylər 14 Yanvar 2022, 19:22

Paşayev Solovyovu eşşəklə müqayisə etdi

Aktyor Mixail Yefremovu müdafiə etdikdən sonra məşhurlaşan qalmaqallı Azərbaycan əsilli rusiyalı vəkil Elman Paşayev jurnalist və teleaparıcı Vladimir Solovyovu tənqid edib.

Jurnalistin onunla döyüşmək istəmədiyini soruşduqda, Elman Paşayev gəncliyində idmançı olduğunu belə cavablandırıb: “Mən idman ustalığına namizəd olmuşam, amma təəssüf ki, 33 il idmandan uzaqlaşmışam.. Bəs niyə mən proqramınız vasitəsi ilə Solovyovu çağırdım... O, özünü sərt idmançı, karateçi kimi təqdim edir. Yəqin fikir verirsiniz, cürbəcür təkərləri, zibil qablarını, daşları qaldırır.

Elman Paşayev vurğulayıb ki, bir dəfə ondan Solovyovla eyni çəkini qaldıra bilib-bilmədiyini soruşublar: “Cavab verdim ki, mən eşşək deyiləm ki, yük qaldırım. Yükü atlet yox, eşşək qaldırır...”.

virtualaz.org

Xəbərlər