303
Rəylər 25 Noyabr 2021, 12:22

Artak Davtyan vəzifəsindən azad olunacaq?

Ermənistan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyanın yaxın günlərdə vəzifəsindən azad olunacaq. Bu barədə “Hraparak” qəzeti yazır. Mümkün namizədlərin siyahısında ən inanılmaz adlar çəkilir. Onların arasında hakimiyyətin ən sərt tənqidçilərindən biri olan, amma Suren Papikyanın təyinatından müsbət danışan generalın adı da hallanır.

“Ermənistanda belə metamorfozlar normaldır. Mənbələrimizə görə, Artak Davtyanın dəyişməsi keçmiş müdafiə naziri David Tonoyan və silah tədarükçüsü şirkətinin direktoru David Qalstyanın (Patron Davo) da adları hallanan silah tədarükü ilə bağlı məlum cinayət işi ilə bağlıdır. Davtyana artıq ittiham irəli sürülüb”, – qəzet yazır.

virtualaz.org

Xəbərlər