358
Rəylər 24 Noyabr 2021, 20:28

Samsonyan: “Paşinyan heç Somalinin baş naziri olmağa belə layiq deyil”

“Ötən gün vəziyyətə nəzarəti tamamilə itirmiş, Somalinin baş naziri olmağa belə layiq olmayan sındırılmış, tamamilə özünə inamı qalmamış bir insanın mətbuat konfransının şahidi olduq”. Bunu mətbuat konfransında “Vətəndaş Vicdanı” İctimai Təşkilatın rəhbəri Narek Samsonyan Nikol Paşinyanın onlayn mətbuat konfransında çıxışına istinadən deyib. Samsonyanın sözlərini “yerevantoday” sitat gətirir.  

Samsonyan qeyd edib ki, mətbuat konfransında onlarla müxalif KİV-in onlarla sualı cavabsız qalıb, bu isə o deməkdir ki, suallar Paşinyanın özünün seçimi ilə verilib.

virtualaz.org

Xəbərlər