1327
Rəylər 20 Noyabr 2021, 17:25

“Moskva Paşinyandan tələb edir ki, Köçəryanı təcrid etsin...”

Ermənistanda nəşr olunan “Past” qəzeti yazır ki, Azərbaycanla sərhəddə, Laçın və Kəlbəcərdə noyabrın 16-da baş vermiş döyüşlərdən sonra Yerevanda, hakim dairələrdə görünməmiş miqyasda antirusiya isteriyası başlayıb. Baş nazir Nikol Paşinyanın tərəfdaşları Rusiyanı açıq-aşkar “erməniləri satmaqda” günahlandırırlar və hətta KTMT-dən, Avrasiya  İttifaqından çıxmaq haqda çağırışlar səsləndirirlər.

“Bizim informasiyamıza görə Rusiya bu prosesləri diqqətlə izləyir və Yerevandakı bu isteriyanın koordinatoru kimi parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Köçəryanı görürlər. Mənbələr bildirirlər ki, Paşinyan Rusiyaya loyallığını sübut edə bilmək üçün Köçəryanı nəinki komissiya sədri vəzifəsindən eləcə də ümumiyyətlə siyasi proseslərdən təcrid etməyə hazırlaşır”, - qəzet belə yazır.

Bildirilir ki, Paşinyanın komandasında Rusiyaya münasibət məsələsində iki qruplaşma yaranıb. Onlardan birincisi-qərbyönümlülər tələb edirlər ki, Ermənistan KTMT və Avrasiya İttifaqından çıxsın. Paşinyana daha loyal olan digər qrup isə bu prosesləri bloklayır, Rusiya ilə münasibətlərin möhkəmləndirilməsinə çalışır.

virtualaz.org

Xəbərlər