952
Rəylər 28 Sentyabr 2021, 18:02

“Minsk Qrupu Paşinyanla görüş təşkil etsə buna etiraz etmərəm...”

Azərbaycan prezidenti İlham Əliyev 44 günlük Qarabağ müharibəsinin başlamasının ildönümü ilə bağlı Fransanın “France 24” telekanalına müsahibəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməyə hazır olduğunu bildirib. Virtualaz.org telekanalın saytına istinadla xəbər verir ki, prezident Azərbaycanın Ermənistanla gələcək sülh razılaşması üzərində işləməyə hazır olduğunu deyib. Lakin xəbərdarlıq edib ki, Yerevanın “ötən ilki müharibədə itirilmiş əraziləri geri qaytarmağa yönəlmiş istənilən cəhdi” onun ölkəsi tərəfindən sərt reaksiya ilə qarşılanacaq.

 İlham Əliyev deyib ki, xarici işlər nazirlərinin ötən həftə Nyu-Yorkda baş tutmuş ilk görüşü “dialoqun bərpa edilməsi və dinc həllin axtarışı baxımından yaxşı göstəricidir”. Əliyev əlavə edib ki, əgər Minsk Qrupunun həmsədrləri onun Nikol Paşinyanla görüşünü təşkil etsələr buna etiraz etməyəcək.

Ilham Əliyev həmçinin əlavə edib ki, Dağlıq Qarabağa muxtar statusun verilməsi məsələsi artıq danışıqlar mövzusu deyil. O Ermənistanı və Minsk Qrupunu bu yeni reallığı qəbul etməyə çağırıb.

virtualaz.org

Xəbərlər