741
Rəylər 19 Sentyabr 2021, 22:10

Lük Koffi: "Azərbaycan Qarabağ probleminin həllində BMT rolunu öz üzərinə götürdü"

ABŞ-ın "Heritage Foundation" institutun hərbi eksperti və Duqlas və Sarah Ellison Siyasət Mərkəzinin direktoru Lük Koffi son illərdə Türkiyənin Orta Asiya, Qafqaz və Əfqanıstanda nüfuzunun əhəmiyyətli dərəcədə artdığını vurğulayır.

Ekspert hesab edir ki, mövcud fikir ayrılıqlarına baxmayaraq, Ankara ilə müttəfiq münasibətlər ABŞ üçün böyük fayda verir.

Koffi həmçinin BMT -də islahatların aparılmasının və bu təşkilatın beynəlxalq siyasətdəki rolunun yenidən nəzərdən keçirilməsinin vacibliyini qeyd edib:

"Müasir beynəlxalq münasibətlərdə rolu nəzərə alınmaqla BMT-nin gələcəyinə o qədər də nikbin baxmıram. Problem ondadır ki, dövlətlər öz milli maraqlarını rəhbər tuturlar və dünyanın bir çox vacib mübahisəli məsələlərində konsolidasiya olunmuş mövqe ortaya qoymurlar. Keçən ilki Qarabağ müharibəsini misal çəkə bilərsiniz. Azərbaycan dörd qətnamənin icrasında BMT və ATƏT -in rolunu öz üzərinə götürmək məcburiyyətində qalıb. BMT 30 il ərzində problemin həlli məsələsinə laqeydlik və biganəlik göstərib".

virtualaz.org

Xəbərlər