375
Rəylər 30 İyul 2021, 20:22

Ermənistanın Azərbaycana qarşı təxribatları Ukrayna mediasında tirajlanıb

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq ağır silahlardan istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin müxtəlif istiqamətlərində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutması faktı xarici KİV-in diqqət mərkəzindədir.

Ukraynanın nüfuzlu "Qolos" və "Teleqraf" informasiya agentlikləri Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi növbəti təxribata geniş diqqət ayırıb. Dərc olunan materiallarda qeyd olunub ki, son zamanlar Ermənistan və Azərbaycan dövlət sərhədində atəşkəs tez-tez pozulur. Bildirilib ki, Ermənistanın atəşkəsi pozması regionda vəziyyəti yenidən gərginləşdirib. Ukrayna mətbuatı mövzu ilə bağlı azərbaycanlı jurnalist, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlının fikirlərinə geniş yer ayırıb. (Report)

Xəbərlər