1210
Rəylər 18 İyun 2021, 14:34

Kreml və Lavrov Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi haqda

Rusiya xarici siyasət idarəsi rəhbərinin ardınca Kreml də Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi ilə bağlı şayiələrə münasibət bildirib.

Virtualaz.org-un məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: "Rusiya Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması haqda məlumatları diqqətlə izləyir".

**14:32

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdirilməsinə dair hər hansı müzakirələr aparılmadığını deyib. Rusiya KİV-ləri xəbər verir ki, Lavrov bu haqda belaruslu həmkarı Vladimir Makeylə keçirdiyi brifinq zamanı jurnalistlərdən birinin sualına cavab olaraq danışıb.

“Biz bu məsələni müzakirə etməmişik və ümumiyyətlə, şayiələri şərh etmirik”,-Lavrov deyib.

Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdirilməsinin mümkünlüyü haqda prezident Rəcəb Tayyib Ərdoğan Bakıdan dönərkən təyyarədə türkiyəli jurnalistlərlə söhbətində danışmışdı. Jurnalistlərdən biri Şuşa Bəyannaməsi barədə soruşaraq xatırlatmışdı ki, Azərbaycanda Türkiyə hərbi bazasının yerləşdirilməsinə dair gözləntilər var.

Ərdoğan isə bildirmişdi ki, Şuşa bəyannaməsi bunu istisna etmir. “Bu variant (bazanın yerləşdirilməsi) Şuşa bəyannaməsinin çərçivələri kənarına çıxmır. Məsələnin bu cür inkişafı mümkündür. Bu mövzu Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasındakı sonrakı məsləhətləşmələrdə də öz inkişafını tapa bilər”,-Türkiyə Prezidenti bildirib.

 Şuşa bəyannaməsi Azərbaycanla Türkiyə arasında o cümlədən hərbi müttəfiqliyi möhkəmləndirən sənəddir və orada nəzərdə tutulur ki, tərəflərdən biri üçüncü ölkənin hücumuna məruz qalsa digərinə hərbi dəstək verəcək.

 Virtualaz.org

Xəbərlər