211
Rəylər 11 iyun — 18:44

Almaniya parlamenti Türkiyəyə silah embarqosuna dair layihəni rədd etdi

Almaniyada Sol və Yaşıllar partiyalarının “Türkiyəyə silah embarqosu tətbiq edilməsinə dair” ölkə parlamentinə təqdim etdikləri qanun layihəsi qəbul edilməyib. “TRT Haber” bildirir ki, qanun layihəsi gündəliyə iyunun 11-də gecədən keçmiş daxil edilib.

Məlumata görə, Xristian Demokrat Partiyası, Xristian Sosialist Partiyası, Sosial Demokrat Partiyası və Azad Demokrat Partiyası qanun layihəsinin əleyhinə səs veriblər.

Xristian Demokrat Partiyasından deputat Klaus-Peter Vilş qanun layihəsini və onun müzakirəsini “şou düzəltmək” kimi dəyərləndirib. O, Yaşıllar Partiyasının həmsədri Robert Habekin NATO üzvü olmayan Ukraynaya silah və sursat verilməsi barədə bəyanatını xatırladaraq Alyansın üzvü Türkiyə haqqında təqdim etdiyi layihənin səmimiyyətdən uzaq bir mövqe sərgilədiyini vurğulayıb.

Xəbərlər