300
Rəylər 10 İyun 2021, 19:33

Zaxarova Qarabağda minatəmizləmə prosesi barədə

Rusiya ümid edir ki, Qarabağda minaların təmizlənməsi prosesi sürətlənəcək.

Virtualaz.org bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Rusiya Qarabağla bağlı üçtərəfli işçi qrupun yaxın zamanlarda işini bərpa edəcəyinə ümid edir", - deyə XİN rəsmisi qeyd edib.

O, bununla yanaşı, Azərbaycan-Ermənistan dövlət sərhədinin ayrı-ayrı məntəqələrində baş verən gərginliklərin ümumi fonun normallaşmasına yardım etmədiyini də qeyd edib: “Tərəfləri təmkinli olmağa, gərginliyin deeskalasiyasına və ziddiyyətlərin sülh və danışıqlar yolu ilə həllinə çağırırıq”.

 

Xəbərlər